Bank Of Baku

İnquş müxalifətinin lideri Auşev öldürülüb

İnquş müxalifətinin lideri Auşev öldürülüb
# 26 oktyabr 2009 07:00 (UTC +04:00)
Nazran-APA. Tanınmış inquş müxalifətçisi Makşarip Auşev qətlə yetirilib. APA-nın məlumatına görə, M. Auşevin Kabardin-Balkar Respublikası ərazisində öldürüldüyü bildirilir. Naməlum şəxslər Nalçik şəhəri yaxınlığında onun maşınına atəş açıblar və Makşarip Auşev hadisə yerində keçinib. Hadisə zamanı maşında olan qadın sərnişin ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Qeyd edək ki, bir müddət əvvəl naməlum şəxslər Makşarip Auşevi oğurlamağa cəhd göstəriblər. Maqomed Yevloyevin ölümündən sonra “İnquşetiya.org” layihəsinin sahibi olan Makşarip Auşev bir müddət sonra bu layihədən imtina edib. Hazırda tanınmış müxalifətçinin qətli ilə bağlı araşdırmalar davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR