Bank Of Baku

MDB-də doğumun səviyyəsinin ən çox azaldığı ölkə Ermənistandır

MDB-də doğumun səviyyəsinin ən çox azaldığı ölkə Ermənistandır
# 26 oktyabr 2009 10:04 (UTC +04:00)
Bakı – APA. MDB ölkələri arasında doğumun səviyyəsinin ən çox azaldığı ölkə Ermənistandır. APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, Əmək və Sosial Məsələlər Nazirliyinin demoqrafiya şöbəsinin müdiri Vanik Babacanyan 1986-cı illə müqayisədə 2008-ci ildə ölkədə doğumun yarıbayarı azaldığını açıqlayıb. Belə ki, 1986-cı ildə Ermənistanda 81200 uşaq dünyaya gəlmişdisə, 2008-ci ildə bu rəqəm 41185 olub. V. Babacanyan Ermənistanda nikahların sayının azaldığını və ölüm səviyyəsinin yüksəldiyini deyərək bunu son illər baş verən fövqəladə hadisələr – zəlzələ, müharibə, blokada və əhlinin ölkəni tərk etməsi ilə izah edib. Sərnişindaşımaların qiymətləndirilməsi göstərib ki, 2004-2005-ci illərdə Ermənistana gələnlərin sayı gedənlərdən çox olub. 2008-ci ildə isə ölkədən gedənlərin sayı gələnlərdən 23 min nəfər çox olub.

Nazirlik nümayəndəsi demoqrafik proseslərin prezidentin, hökumətin diqqət mərkəzində olduğunu, milli təhlükəsizlik strategiyasında nikahların təşviq edilməsinin də əksini tapdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR