Bank Of Baku

Dağıstanda yaşayan ləzgilər Moskvada mitinq keçirəcəklər

Dağıstanda yaşayan ləzgilər Moskvada mitinq keçirəcəklər
# 26 oktyabr 2009 12:19 (UTC +04:00)
Dərbənd-APA. Dağıstanda yaşayan bir qrup ləzgi Moskvanın Krasnopresnenski Zastava meydanında etiraz mitinqi keçirəcək. Dərbənd meriyasına keçmiş namizəd İmam Yaraliyevin seçki qərargahından APA-nın Dağıstan bürosuna verilən məlumata görə, aksiyaya səbəb oktyabrın 11-də Dərbənd şəhərində keçirilən bələdiyyə seçkilərinin nəticələrinin saxtalaşdırılmasıdır. Bu gün aksiyada iştirak etmək üçün Dərbənd şəhərindən böyük bir qrup Moskvaya gedib. Tədbirin əsas təşkilatçısı Moskvada fəaliyyət göstərən Federal ləzgi Milli Mədəni Muxtariyyəti təşkilatıdır. Mitinqə Moskva şəhərində yaşayan ləzgilər, bəzi ictimai təşkilatlar, media mənsubları, Dağıstanı Rusiya Dövlət Dumasında təmsil edən deputatlar dəvət olunublar. Məlumata görə, aksiyada seçkinin nəticələrinin ləğvi ilə yanaşı, Dağıstan prezidenti Muxu Əliyevin istefa tələbinin də səsləndiriləcəyi gözlənilir.

Qeyd edək ki, oktyabrın 11-də keçirilən seçkilərdə Dərbənd şəhər meri postuna əsas namizədlər hazırkı icra hakimiyyətinin başçısı Feliks Kaziaxmedov və 11 il Dağıstanın baş prokuroru işləmiş, hazırda Süleyman Stalski rayonunun icra hakimiyyətinin başçısı İmam Yaraliyev olub. Səslərin 67 faizini toplayan Feliks Kaziaxmedov yenidən Dərbənd şəhər bələdiyyə dairəsinin sədri (meri) seçilib. İmam Yaraliyevin tərəfdarları seçkilərdən bir gün sonra Dərbənddə izdihamlı etiraz mitinqi keçirsələr də, aksiya xüsusi təyinatlı qüvvələr tərəfindən dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR