Bank Of Baku

Krım tatarlarının liderinə qarşı sui-qəsdin qarşısı alınıb

Krım tatarlarının liderinə qarşı sui-qəsdin qarşısı alınıb
# 27 oktyabr 2009 07:49 (UTC +04:00)
Bakı – APA. Ukrayna Daxili İşlər Nazirliyi Krım Tatar Məclisinin lideri, Ali Radanın üzvü Mustafa Cəmiloğlu və silahdaşlarına qarşı sui-qəsdin qarşısını alıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu daxili işlər naziri Yuri Lutsenko açıqlayıb. O, nazirliyə sui-qəsd barədə oktyabrın 23-də məlumat daxil olduğunu, cinayəti radikal islamçı “Ət Təkfir əl-Hicrə” qruplaşmasının planlaşdırdığını deyib. Krımın rayonlarında keçirilən əməliyyat-axtarış tədbirlərində detonatora qoşulmuş trotil şaşkaları, “Kalaşnikov” avtomatı, silahların texniki parametrləri haqqında ədəbiyyat, ekstremist ədəbiyyat, soyuq silah tapılıb. Meşədə terrorçuların təlim keçilməsi üçün xüsusi sahələr də aşkarlanıb.

Y. Lutsenko 2 şübhəli şəxsin yaxalandığını söyləyib. Saxlanılanlar ifadə verməkdən imtina edir. Nazir sui-qəsd cəhdini Krım Tatar Məclisinin mövqeyi ilə əlaqələndirib. Belə ki, Məclis ənənəvi islamı dəstəkləyir və radikal cərəyanlara qarşı çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR