Bank Of Baku

Qazaxıstan Xalqlar Assambleyasının 15-ci sessiyası keçirilib

Qazaxıstan Xalqlar Assambleyasının 15-ci sessiyası keçirilib
# 27 oktyabr 2009 09:16 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Astanada Qazaxıstan Xalqlar Assambleyasının 15-ci sessiyası keçirilib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin xəbərinə görə, sessiyada çıxış edən prezident Nursultan Nazarbayev bildirib ki, xalqları birləşdirən Qazaxıstan modeli ABŞ, Fransa və başqa Qərb ölkələrinin marağına səbəb olub: “Çünki bu assambleyada təmsil olunan nümayəndələr ölkənin ali qanunvericilik orqanlarına seçilmək hüququna malik olmaqla yanaşı, həm də dövlətin bütün qurumlarında fəaliyyət göstərə bilirlər”.

Qeyd edək ki, özündə 130-dan çox xalqın nümayəndəsini birləşdirən Qazaxıstan Xalqlar Assambleyasının sessiyasında azərbaycanlılar da iştirak edib. Sessiyanın sonunda Milli Birlik doktrinası imzalanıb. N. Nazarbayev milli mədəni mərkəzlərin rəhbərlərini fəxri fərmanlar və diplomlarla təltif edib. Onlar arasında Atrau şəhərindəki “Novruz” mədəni mərkəzinin sədri Eldar Əhmədov da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR