Bank Of Baku

Mustafa Cəmiloğlu: “Məni öldürmək istəyən radikal islamçıların arxasında Rusiya xüsusi xidmət orqanları dayanır”

Mustafa Cəmiloğlu: “Məni öldürmək istəyən radikal islamçıların arxasında Rusiya xüsusi xidmət orqanları dayanır”
# 27 oktyabr 2009 12:55 (UTC +04:00)
Bakı – APA. Krım Tatar Məclisinin lideri Mustafa Cəmiloğlunu öldürmək istəyən radikal islamçıların arxasında Rusiya xüsusi xidmət orqanları dayanır. APA-nın xəbərinə görə, bunu “UNİAN” agentliyinə açıqlamasında M. Cəmiloğlunun özü deyib. Diplomatik mənbələrə əsaslandığını söyləyən M. Cəmiloğlu bildirib ki, həbs olunmuş şəxslərin hazırlanan terror aktının təşəbbüskarı olduğunu söyləmək doğru deyil: “Bu adamlar yalnız silah kimi istifadə olunur. Diplomatik dairələrdən mənə məlum olub ki, bu planı Rusiya xüsusi xidmət orqanları – konkret olaraq Baş Kəşfiyyat İdarəsi hazırlayıb. Planın hansısa hissəsinin icraçısı Rüstəm Kadırov adlı şəxs olmalıymış. Yaxalanan adamlar isə aşağı həlqədir”.

M. Cəmiloğlu daxili işlər naziri Yuri Lutsenko ilə telefonla danışdıqlarını, nazirini ona mühafizə təklif etdiyini açıqlayıb: “Mən isə cavab verdim ki, sui-qəsdin arxasında böyük derjava dayanırsa, əlavə mühafizə mənə kömək etməyəcək, sadəcə olaraq, mənim mühafizəçilərimin silah daşımasına icazə verin”.

Xatırladaq ki, daxil işlər naziri Y. Lutsenko “Ət-Təkfir əl-Hicrə” adlı radikal islamçı təşkilatın M. Cəmiloğlunu ölümə məhkum etdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR