Bank Of Baku

Viktor Yuşşenko sənədlərini şəxsən Mərkəzi Seçki Komissiyasına təqdim edib

Viktor Yuşşenko sənədlərini şəxsən Mərkəzi Seçki Komissiyasına təqdim edib
# 27 oktyabr 2009 14:30 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenko şəxsən Mərkəzi Seçki Komissiyasına gedərək prezidentliyə namizədlik üçün sənədlərini bu quruma təqdim edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, MSK-nın binası qarşısında dövlət başçısını “Bizim Ukrayna” Partiyasının deputatları, bəzi vilayət administrasiyalarının rəhbərləri, prezident katibliyinin əməkdaşları və yüzlərlə insan qarşılayıb. Prezident kazak marşının sədaları altında MSK-nın binasına daxil olub.

Sənədlərini təqdim etdikdən sonra binanın qarşısına toplaşan kütlə qarşısında çıxış edən V. Yuşşenko bildirib ki, ölkənin demokratiya yolundan döndürülməsinə imkan verməmək üçün yenidən namizəd olmaq qərarına gəlib: “Mən əminəm ki, biz birlikdəyik. Qalib gələcəyimizə şübhə etmirəm”.

Qeyd edək ki, MSK daha öncə Ali Radanın indiki sədri Vladimir Litvin, sabiq sədr Arseni Yasenyuk, Kommunist Partiyasının lideri Pyotr Simonenko, keçmiş müdafiə naziri Anatoli Qritsenko, tanınmış bankir Sergey Tiqipko, deputat İnna Boqoslavskaya və hüquqşünas Oleq Ryabkonun namizədliklərini qeydə alıb. Prezidentlik yarışının əsas favoritləri – Yuliya Timoşenko və Viktor Yanukoviç isə hələlik sənədlərini təqdim etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR