Bank Of Baku

“Russneft”in sabiq sahibi Mixail Qutseriyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib

“Russneft”in sabiq sahibi Mixail Qutseriyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib
# 27 oktyabr 2009 17:05 (UTC +04:00)
Moskva-APA. Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi “Russneft” şirkətinin sabiq rəhbəri Mixail Qutseriyev haqqında həbs-qətimkan tədbirini ləğv edib. APA-nın məlumatına görə, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vergilərdən yayınmaqda ittiham olunan Qutseriyev hazırda Londonda mühacirət həyatı yaşayır. 2007-ci ilin mayında haqqında cinayət işi başlanan Qutseriyev sahibi olduğu “Russneft” şirkətini sataraq Rusiyanı tərk etmişdi. Qeyri-rəsmi məlumatlara görə, Mixail Qutseriyev onlarla neft hasil edən şirkətin daxil olduğu “Russneft”i 3,5 milyard dollara satıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR