Bank Of Baku

Sabiq prezidentin oğlu həbs edilib

Sabiq prezidentin oğlu həbs edilib
# 28 oktyabr 2009 08:02 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Sotne Qamsaxurdiya oktyabrın 27-də Tiflisdə polis tərəfindən saxlanılıb. APA-nın “Qruziya Onlayn” saytına istinadən verdiyi məlumata görə, S. Qamsaxurdiya David Badjelidze adlı şəxsə bədən xəsarətləri yetirməkdə ittiham edilir. Belə ki, mərhum prezidentin oğlu ilə qonşu olan D. Badjelidze döş qəfəsindən aldığı güllə yarası ilə xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatına məruz qalıb. S. Qamsaxurdiya hazırda Tiflisin Vera rayon polis idarəsində dindirilir.

Qeyd edək ki, 2007-ci ildə Sotne Qamsaxurdiya haqqında dövlət çevrilişinə hazırlıq və Rusiyaya casusluq ittihamları ilə cinayət işi qaldırılıb. O, 2008-ci il sentyabrın 3-də Rusiyadan qayıdarkən Tiflis hava limanında saxlanılıb. Sentyabrın 18-də keçmiş prezidentin oğlu 20 min lari girov müqabilində sərbəst buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR