Bank Of Baku

İnquşetiya Daxili İşlər Nazirliyinin xüsusiləşdirilmiş rabitə mərkəzinin rəisi maskalı şəxslər tərəfindən oğurlanıb

İnquşetiya Daxili İşlər Nazirliyinin xüsusiləşdirilmiş rabitə mərkəzinin rəisi maskalı şəxslər tərəfindən oğurlanıb
# 29 oktyabr 2009 16:10 (UTC +04:00)
Nazran-APA. İnquşetiya Daxili İşlər Nazirliyinin xüsusiləşdirilmiş rabitə mərkəzinin rəisi Musa Matsiyev maskalı şəxslər tərəfindən oğurlanıb. APA-nın məlumatına görə, hazırda podpolkovnik Matsiyevin harada olduğu məlum deyil. Bəzi məlumatlara görə, DİN təmsilçisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oğurlanıb. Maskalı şəxslər Matsiyevin evinə daxil olaraq onun ailə üzvlərini yerə uzadıb və evdə axtarış aparıblar. Bu zaman Matsiyev evə daxil olub və maskalı şəxslər onun üzərinə əl qumbarası atıblar. Daha sonra rabitə mərkəzinin rəisinin qolları bağlanıb və o naməlum istiqamətdə aparılıb. Hələlik rəsmi dairələr Daxili İşlər Nazirliyinin xüsusiləşdirilmiş rabitə mərkəzinin rəisinin oğurlanması faktına münasibət bildirməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR