Bank Of Baku

Ukraynada “donuz qripi” epidemiyası başlayıb

Ukraynada “donuz qripi” epidemiyası başlayıb
# 30 oktyabr 2009 11:41 (UTC +04:00)
O, epidemiyanın kütləvi şəkildə yayıldığı qərbi Ukraynanın Ternopol vilayətində aparıcı mütəxəssislərin iştirakı ilə təcili müşavirə keçirdiklərini deyib: “İlkin nəticələr əsasında təəssüflə bəyan edirik ki, Ukrayna dünya pandemiya zonasına daxil olub və ölkədə Kaliforniya qripi (yaxud A/H1N1) epidemiyası başlayıb”.

Nazir 2 laboratoriyanın bu diaqnozu təsdiqlədiyini söyləyərək Səhiyyə Nazirliyinin təkcə ölkənin qərbində deyil, bütün Ukraynada karantin elan etməyə hazırlaşdığını açıqlayıb: “Çünki virus fövqəladə sürətlə yayılır. Yəqin ki, məktəb və institutlarda tətil elan olunması məsələsinə baxılacaq. Əhaliyə ictimai tədbirlərdə iştirakı azaltmaq barədə çağırışla müraciət edəcəyik”.

V. Knyazeviç əhalini özünümüalicə tədbirləri görmək yerinə həkimə müraciət etməyə səsləyib: “Ölən insanlar vaxtında həkimə müraciət etmədikləri üçün bu aqibətlə üzləşiblər. Onlar xəstəliyin 5-ci, 7-ci günündə həkim çağırıblar ki, həmin vaxt insana kömək etmək mümkün olmur”.

Ukrayna həkimlərinin “donuz qripi”ni necə müalicə etmək lazım olduğunu bilib-bilmədiyi haqda sualı cavablandıran V. Knyazeviçin sözlərinə görə, ölkənin tibb işçiləri bu məsələdə səriştəlidir: “Biz hazırda həkimlərlə çox fəal iş aparırıq. Səhiyyə Nazirliyi müalicəni necə aparmaq barədə protokolları təsdiqləyib”.

Qeyd edək ki, oktyabrın 19-dan bəri Ukraynada kəskin respirator xəstəliklər nəticəsində 30 nəfər ölüb. Ölüm hallarının hamısı ölkənin qərbində - Ternopol, Lvov və İvano-Frankovsk vilayətlərində qeydə alınıb. Mətbuat isə ölənlərin sayının 34 olduğunu xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR