Bank Of Baku

Ukraynanın bütün təhsil müəssisələrində 3 həftəlik tətil, 9 vilayətdə isə karantin elan olunub

Ukraynanın bütün təhsil müəssisələrində 3 həftəlik tətil, 9 vilayətdə isə karantin elan olunub
# 30 oktyabr 2009 13:48 (UTC +04:00)
Bakı – APA. Ukrayna Nazirlər Kabineti A/H1N1 qripinin epidemiyası ilə əlaqədar ölkənin qərbindəki 9 vilayətdə karantin elan edib. APA-nın “UNİAN” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin növbədənkənar iclasında baş nazir Yuliya Timoşenko deyib. O, Lvov, Ternopol və İvano-Frankovsk vilayətlərində virusa yoluxma səviyyəsinin epidemik həddə çatdığını, Zakarpatye, Volın, Çernovitsk, Xmelnitsk, Rivnensk və Vinnitsa vilayətlərində də qripin yayılma təhlükəsinin olduğunu açıqlayıb. Y. Timoşenko bu vilayətlərdəki bütün təhsil müəssisələrində 3 həftəlik tətil elan olunduğunu, bütün kütləvi tədbirlərin ləğv ediləcəyini, insanların bu vilayətlərdən digər vilayətlərə daşınmasına məhdudiyyət qoyulacağını bəyan edib.

İclasdan sonra jurnalistlərə açıqlama verən baş nazirin mətbuat katibi Marina Soroka 3 həftəlik tətilin ölkənin bütün təhsil müəssisələrinə şamil olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR