Bank Of Baku

Viktor Yanukoviç seçkiqabağı mitinqlərə qadağa qoyulmasını təklif edib

Viktor Yanukoviç seçkiqabağı mitinqlərə qadağa qoyulmasını təklif edib
# 30 oktyabr 2009 14:05 (UTC +04:00)
Bakı – APA. Ukrayna Regionlar Partiyasının lideri, prezidentliyə namizəd Viktor Yanukoviç qrip epidemiyası ilə əlaqədar ölkədə seçkiqabağı mitinqlərin keçirilməsinə qadağa qoyulmasını tələb edəcəklərini açıqlayıb. APA-nın “UNİAN” agentliyinə istinadən verdiyi məlumata görə, Xarkovda Malışev adına zavodda görüş keçirən V. Yanukoviç bu şəhərdə planlaşdırdığı mitinqi təxirə saldığını deyib: “Biz Xarkovdakı mitinqimizi təxirə salırıq. Çünki ora infeksiyaya yoluxmuş insanların da gəlməsi mümkündür, hava da yaxşı deyil. Biz tələb edəcəyik ki, seçki kampaniyası bitənə qədər Ukraynada kütləvi tədbirlər keçirilməsin. Onsuz da insanlar ölkədə kimin dəyərinin nə olduğunu bilir”.

Xatırladaq ki, prezident seçkiləri 2010-cu il yanvarın 17-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR