Bank Of Baku

Viktor Yuşşenko qrip epidemiyasının yayıldığı vilayətlərə səyyar hospitalların göndərilməsi üçün müdafiə nazirinə tapşırıq verib

Viktor Yuşşenko qrip epidemiyasının yayıldığı vilayətlərə səyyar hospitalların göndərilməsi üçün müdafiə nazirinə tapşırıq verib
# 30 oktyabr 2009 15:02 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenko ölkədə “donuz qripi”ndən ölənlərin sayının 11 nəfər olduğunu açıqlayıb. APA-nın “UNİAN” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı 3 vilayətdə 30 min nəfərin respirator xəstəliklərə yoluxduğunu, 951 nəfərin xəstəxanalara yerləşdirildiyini söyləyib: “Bu, o demək deyil ki, onlar hamısı Kaliforniya qripinə yoluxub. 32 nəfər ölüb. Onlardan 11-nin “donuz qripi”ndən öldüyü təsdiqlənib”.

V. Yuşşenko qrip epidemiyasının yayıldığı vilayətlərə səyyar hospitalların göndərilməsi üçün müdafiə nazirinə tapşırıq verdiyini də deyib. O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında qrip epidemiyası ilə mübarizə planının müzakirə ediləcəyini bildirib. Prezident ölkədə pandemiya ilə mübarizə üçün kifayət qədər dərman olduğunu, əlavə ehtiyatlara ehtiyac yaranarsa, dünya ictimaiyyətinə müraciət edəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR