Bank Of Baku

Moskvada rus millətçilərinin marşı keçiriləcək

Moskvada rus millətçilərinin marşı keçiriləcək
# 04 noyabr 2012 04:51 (UTC +04:00)
Bakı – APA. Bu gün Rusiya paytaxtında rus millətçiləri kütləvi aksiya keçirəcəklər.

APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva meriyası ilə razılaşdırılmış “Rus marşı” adı altında nümayiş Moskvanın mərkəzi küçələrində keçiriləcək.

Aksiyanın təşkilatçıları bildiriblər ki, nümayişdə 10 min nəfərin iştirakı gözlənir.

Qeyd edək ki, Rusiya siyasətçilərinin, ictimai xadimlərinin sərt tənqid edilməsinə baxmayaraq meriya bu aksiyanın keçirilməsinə icazə verib.

Xatırladaq ki, bu gün Rusiyada Xalq Birliyi günüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR