Bank Of Baku

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya hərbi təyyarələrinin ölkənin hava məkanını pozduğunu təsdiqləyən fotoşəkillər yayıb

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya hərbi təyyarələrinin ölkənin hava məkanını pozduğunu təsdiqləyən fotoşəkillər yayıb
# 09 avqust 2007 15:25 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin bununla bağlı verdiyi bəyanatda bildirilir ki, rəsmi Tiflis Rusiyanın təcavüzkarlığı ilə bağlı təkzibedilməz sübutlara malikdir. Xarici ölkələrin Gürcüstanda akkreditə olunmuş diplomatları hadisə yerində olaraq olayın izlərini öz gözləri ilə görüblər.
Xatırladaq ki, avqustun 6-da Rusiyaya məxsus iki “Su-24” təyyarəsi Gürcüstanın hava məkanına daxil olub. Təyyarələrdən biri Cənubi Osetiya yaxınlığındakı Sitelubani kəndi ərazisinə raket atıb. Ancaq raket partlamayıb. Rusiya hökuməti olaydan sonra məsuliyyəti üzərindən atmaq məqsədilə bildirib ki, həmin ərazidə uçan təyyarələr Gürcüstanın özünə məxsus olub. Gürcüstan XİN-dən isə deyiblər ki, Gürcüstan ordusunun arsenalında “Su-24” tipli təyyarələr yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR