Rusiya ötən sutka Ukraynanın 454 dronunu vurub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən sutka ərzində Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən Ukraynanın 454 pilotsuz uçuş aparatı, 5 “Storm Shadow” raketi və 13 idarə olunan aviasiya bombası vurulub.