Bank Of Baku

Gürcüstanın daşınmaz əmlak bazarında ərəb-İsrail “savaşı” yaşanır

Gürcüstanın daşınmaz əmlak bazarında ərəb-İsrail “savaşı” yaşanır
# 23 avqust 2007 13:05 (UTC +04:00)
Gürcüstanın daşınmaz əmlak bazarında ərəb-İsrail “savaşı” yaşanır. APA-nın İsrail bürosunun xəbərinə görə, ərəb şeyxləri ilə israilli sahibkarlar Gürcüstan paytaxtında torpaq sahələri və binalar uğrunda mübarizə aparırlar. Mübarizənin pik nöqtəsi Tiflisdəki “Şeraton” otelinin satışı olub. Bir neçə İsrail şirkəti hərracda Birləşmiş Ərəb Əmirliklərinin “Rakan Development” şirkəti ilə mübarizəyə girişib. Ancaq ərəblər otelin bazar qiymətindən 4 qat artıq qiymət təklif etdikdən sonra yəhudilər hərracdan çəkilib. BƏƏ şirkəti Gürcüstana yaxın illərdə 1,5 milyard dollar kapital qoymağı vəd edib. Bu vəd Potidə azad ticarət zonasının yaradılmasını da nəzərdə tutur. İsrailli iş adamı Eyal Ofer isə Tiflisin ən iri ticarət mərkəzinin rekonstruksiyası və idarə olunması üzrə tenderdə qalib gəlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR