Bank Of Baku

NATO-nun baş katibi Gürcüstana səfər edəcək

NATO-nun baş katibi Gürcüstana səfər edəcək
# 04 sentyabr 2007 16:50 (UTC +04:00)
NATO-nun baş katibi Yaap de Hoop Sxeffer oktyabrın əvvəlində Gürcüstana səfər edəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu gün Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili və baş nazirin müavini Georgi Baramidze NATO-nun Brüsseldəki mənzil-qərargahında olublar. Onlar NATO-nun baş katibinə Gürcüstandakı vəziyyət və ölkədə aparılan hərbi, siyasi islahatlar haqda məlumat veriblər. Yaap de Hoop Sxeffer Gürcüstanın avroatlantik strukturlara inteqrasiya istiqamətində göstərdiyi səyləri dəstəkləyib. Görüşdə baş katibin Gürcüstana səfəri barədə razılıq əldə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR