Bank Of Baku

Gürcüstan parlamenti hökumətin yeni tərkibini və proqramını təsdiqləyib

Gürcüstan parlamenti hökumətin yeni tərkibini və proqramını təsdiqləyib
# 07 sentyabr 2007 15:38 (UTC +04:00)
Gürcüstan parlamenti hökumətin yeni tərkibini və proqramını təsdiqləyib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 133 nəfər bunun lehinə, 1 nəfər isə əleyhinə səs verib. Baş nazir Zurab Noqaydeli hökumətin yeni tərkibinə və proqramına etimad göstərməyən müxalifətin ünvanına bəzi ittihamlar səsləndirib. Z. Noqaydeli onu da bildirib ki, əsas məqsəd ölkənin ərazi bütövlüyünün bərpa olunmasıdır.
Qeyd edək ki, yeni kabinetdə bəzi dəyişikliklər edilib. David Tkeşelaşvili səhiyyə, Eka Tkeşelaşvili ədliyyə, Nika Gilauri maliyyə, Aleksandr Xetaquri energetika, David Çantladze ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR