Bank Of Baku

Gürcüstan parlamentinin binası qarşısında müxalifətin mitinqi keçirilir

Gürcüstan parlamentinin binası qarşısında müxalifətin mitinqi keçirilir
# 28 sentyabr 2007 15:26 (UTC +04:00)
Mitinqin əvvəlində sentyabrın 27-də həbs olunmuş sabiq müdafiə naziri İrakli Okruaşvilinin öz vəkili vasitəsilə göndərdiyi müraciət oxunub. İ. Okruaşvili ona göstərilən dəstəyə görə mitinq iştirakçılarına minnətdarlığını bildirib: “Bütün ömrüm boyu mən səmimi olaraq öz xalqıma və dövlətimə xidmət etmişəm. Yeganə arzum ölkənin və millətin birləşdirilməsi olub. Təəssüf ki, qorxaq Saakaşvili bu arzumuzu əlimizdən alıb”. Onun fikrincə, xalq zəif və mənfur prezidentin əlində hansı təhlükələrlə üz-üzə olduğunu anlamalıdır: “Sizdən yalnız bunu xahiş edirəm birləşin, birləşin və öz hüquqlarınız, tiranın hakimiyyətindən xilas olmaq uğrunda bütün qanuni metodlarla mübarizə aparın. Mən də sizinlə birlikdə bu mübarizənin işindəyəm. Biz 2003-cü ildə gecə-gündüz, yağış altında mübarizə apararkən bu cür Gürcüstan və bu cür hökumət arzulamırdıq”. İ. Okruaşvili ona qarşı irəli sürülən ittihamları tamamilə yalan adlandıraraq bildirib ki, bu ittihamlarla bağlı özünə bəraət qazandırmağa çalışmayacaq, çünki bunu alçaldıcı hesab edir. Keçmiş nazirin yaratdığı “Vahid Gürcüstan Naminə” Partiyasının üzvü, deputat Konstantin Quntsadze mitinqdəki çıxışında bəyan edib ki, etiraz aksiyaları bütün ölkəni əhatə edəcək.
Qeyd edək ki, parlamentin binası qarşısındakı 9 aprel parkına dəyənəklə silahlanmış polis qüvvələri cəmləşdirilib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR