Bank Of Baku

İrakli Okruaşvili haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib

İrakli Okruaşvili haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib
# 29 sentyabr 2007 08:12 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, məhkəmə prosesindən əvvəl vəkilliklə bağlı problem yaranıb. Belə ki, keçmiş nazirin vəkili və onun siyasi tərəfdarı Eka Beseliya prosesə buraxılmayıb. Tiflis şəhər Məhkəməsindən bildiriblər ki, vəkil qapıdan içəri keçərkən yoxlayıcı cihaz onun çantasında hansısa metal cisim aşkar edib. Mühafizəçilər vəkilin çantasını yoxlamaq istəsələr də, E. Beseliya buna yol verməyərək binanı tərk edib. Bundan sonra məhkəmə özü İ. Okruaşviliyə vəkil təyin edib. Ancaq keçmiş nazir məhkəmə prosesinə qatılmayıb. Cinayət Məcəlləsinin 181-ci (dələduzluq), 194-cü (çirkli pulların yuyulması), 332-ci (xidməti səlahiyyətlərindən sui-istifadə) və 342-ci (xidməti səhlənkarlıq) maddələri ilə ittiham olunan İ. Okruaşvili Rustavi şəhərindəki 6 saylı istintaq təcridxanasına göndəriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR