Bank Of Baku

İrakli Okruaşvili 25 il müddətinə azadlıqdan məhrum oluna bilər

İrakli Okruaşvili 25 il müddətinə azadlıqdan məhrum oluna bilər
# 29 sentyabr 2007 11:03 (UTC +04:00)
Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili uzunmüddətli həbsə məhkum oluna bilər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, hüquqşünaslar Cinayət Məcəlləsinin 181-ci (dələduzluq), 194-cü (çirkli pulların yuyulması), 332-ci (xidməti səlahiyyətlərindən sui-istifadə) və 342-ci (xidməti səhlənkarlıq) maddələri ilə ittiham olunan İ. Okruaşvilini 25 illik həbs cəzasının gözlədiyini bildiriblər. Baş Prokurorluq isə sabiq nazirə qarşı yeni ittihamların irəli sürüləcəyini istisna etməyib. Baş prokurorun müavini Nikoloz Qvaramiya bildirib ki, İ. Okruaşvili müdafiə naziri olarkən korrupsiya hallarına yol verib. Onun sözlərinə görə, İ. Okruaşvili 2005-ci ilin yanvarında tikinti şirkətinin yaradılmasında iştirak edib və sonradan bu şirkət Müdafiə Nazirliyi ilə müqavilələr bağlanmasında üstünlük qazanıb. Söhbət 140 milyon lari (85 milyon dollar) dəyərində üç müqavilədən gedir. N. Qvaramiya həmçinin 2006-cı ildə aralarında İ. Okruaşvilinin də olduğu bir qrup şəxsin biznesmen Camal Svanidzeni “GeoCell” mobil rabitə şirkətindəki səhmlərini satmağa məcbur edib. Nəticədə C. Svanidze 1,8 milyon dollarlıq səhmlərini 250 min dollara satmalı olub. Çirkli pulların yuyulmasına misal kimi isə N. Qvaramiya “Vahid Gürcüstan Naminə” Partiyası üçün ofis alınmasını göstərib: “Okruaşvili Tiflisin mərkəzində 1,8 milyon dollarlıq ofisi 250 min dollara alıb”. Baş prokurorun müavini sabiq nazirin siyasi motivlərlə həbs olunduğuna dair ittihamları rədd edib: “Okruaşvilinin dələduzluq, çirkli pulların yuyulması, korrupsiya əməlləri törətdiyi sübut olunur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR