Bank Of Baku

Gürcüstanda həbsxanadan qaçmış təhlükəli cinayətkar öldürülüb

Gürcüstanda həbsxanadan qaçmış təhlükəli cinayətkar öldürülüb
# 02 oktyabr 2007 09:59 (UTC +04:00)
Oktyabrın 2-nə keçən gecə Gürcüstanın Ozurgeti rayonunun Laituri kəndində atışma baş verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, polis əməkdaşlarının kənddə keçirdikləri xüsusi əməliyyat zamanı əvvəllər məhkum olunmuş Oleq Mesxidze öldürülüb. Onun ailə üzvləri polislərə silahlı müqavimət göstərib. Nəticədə üç polis əməkdaşı yaralanıb. O. Mesxidzenin atası Nodar Mesxidze həbs olunub. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, qəsdən adamöldürmə ittihamı ilə məhkum olunmuş Oleq Mesxidze 2001-ci ildə həbsxanadan qaçıb. Bundan sonra onun haqqında axtarış elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR