Gürcüstanın münaqişələrin həlli üzrə dövlət naziri: “Əminliklə deyə bilərəm ki, Cənubi Osetiya münaqişəsi həll edilmək üzrədir”
- Gürcüstan işini qarışıq nəzarət komissiyası ilə məhdudlaşdırmır, əksinə komissiyanın işində yaxından iştirak etməyə hazırdır. Əgər bu formatın özü faydalı deyilsə, biz bu formatın həyata keçirilməsi üçün süni yollar axtarmırıq. Bizim üçün əsas odur ki, qarışıq nəzarət komissiyası tərəfindən son bir ildə qərara alınmış, lakin yerinə yetirilməmiş razılaşmalar həyata keçirilsin. Əgər bu komissiya qeyd olunan razılaşmaları yerinə yetirməyə qadir deyilsə, onda bu qurumun münaqişənin həllində hansısa bir rol oynayacağını söyləmək çətindir. Ancaq regionda çox aktiv iqtisadi yenidənqurma prosesləri həyata keçirilir. Qarışıq nəzarət komissiyasının işinin faydalı olması Sxinvali və Rusiyanın hazırlığından və komissiyanın işində yaxından iştirakından asılıdır. Rusiya komissiyanın işinə ciddi yanaşarsa, o zaman münaqişənin həllindən danışmaq olar. Əminliklə deyə bilərəm ki, Cənubi Osetiya münaqişəsi həll edilmək üzrədir. Abxaziya münaqişəsinə gəldikdə, orada vəziyyət bir qədər gərgindir. Kodor dərəsində baş verən son hadisələr bizi çox narahat edir. Bildiyiniz kimi, separatçı Abxaziya tərəfi Gürcüstana ultimatum göndərərək bizi hərbi güc tətbiqi ilə hədələyib. Amma bu, o demək deyil ki, biz hədələrdən qorxuruq. Onlar bilməlidir ki, hər bir təcavüzkar akta, hərbi qüvvəyə qarşı adekvat cavab verməyə hazırıq. Sadəcə olaraq, Gürcüstan tərəfi münaqişənin həllinin bu istiqamətə yönəlməsini istəmir. Biz münaqişənin siyasi danışıqlar və beynəlxalq təşkilatlar çərçivəsində həllinin tərəfdarıyıq.
- Baş verən hadisələri təxribat adlandırmaq olarmı?
- Mart ayında Yuxarı Abxaziyada iqtisadi əhəmiyyətə malik obyektlərin bombalanması, Rusiyaya məxsus vertolyotların yerli icra hakimiyyətinin binasına bir neçə mərmi zərbəsi endirməsi kimi insidentləri təxribat adlandırmaq olar. Bundan əlavə, Abxaziya hərbi qruplaşmalarının və tərkibinə Şimali Qafqazdan olan Rusiya vətəndaşlarının daxil olduğu beynəlxalq hərbi qruplaşmaların əraziyə yeridilməsi və Rusiya sülhməramlılarının tərkibinin dəyişməsi bizi çox narahat edir. Sülhməramlıların tərkibinə çeçen qruplaşması daxil edilib. Yerli əhali hələ də 15 il əvvəl Şamil Basayevin rəhbərliyi altında çeçen qruplaşmalarının törətdiyi vəhşilikləri xatırlayır. Belə hərbi qruplaşmaların sülhməramlıların tərkibinə daxil edilməsi əsl provokasiya xarakteri daşıyır və münaqişənin həllinə mənfi təsir göstərir. 6 avqust hadisəsinə gəlincə isə, bu, Gürcüstanın ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkarlıq aktıdır. XXI əsrdə Rusiya kimi böyük bir dövlətin öz qonşusunun ərazi bütövlüyünə qarşı təcavüz etməsi Rusiya-Gürcüstan münasibətlərinin problemi deyil, bu, Avropa təhlükəsizliyinin problemidir. Belə hadisələrə qarşı beynəlxalq münasibət olmalı və belə insidentlərin gələcəkdə baş verməməsi üçün mexanizmlər hazırlanmalıdır. Bu, bizim təhlükəsizliyimiz və Rusiyaya qonşu olan dövlətlərin təhlükəsizliyi üçün vacibdir. Bu, yalnız Gürcüstanın problemi deyil, belə insident sabah Azərbaycanda, o birisi gün Ukraynada və başqa ölkələrdə baş verə bilər. Burada söhbət Avropa Birliyinin təhlükəsizliyindən gedir, ona görə də bu məsələyə Avropa Birliyi, ATƏT kimi beynəlxalq institutlar cavab verməlidir. Rusiya Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalıdır. Bu, bizim əsas prinsiplərimizdir. Bizim prinsiplərimizə hörmət etməyən heç bir dövlətlə qarşılıqlı əlaqə qurmayacağıq.
- İldən-ilə hərbi büdcəsini artıran Gürcüstanın müharibəyə hazırlaşdığını demək olarmı?
- Hərbi büdcəmizi artırmağımızın əsas səbəblərindən biri təhlükəsizliyimizi təmin etməkdir. Biz bütün sülhməramlı kontingentlərin tərkibində iştirak edirik. Gürcüstan Əfqanıstanda olan sülhməramlı kontingentin tərkibini artırmağa hazırlaşır. Artıq Gürcüstanın yüksək maaşla təmin olunmuş, NATO standartlarına cavab verən peşəkar ordusu var. Ordunun gücləndirilməsinin başqa bir səbəbi NATO-ya inteqrasiyadır. Biz artıq bir neçə mərhələni uğurla başa vurmuşuq. Hal-hazırda Gürcüstanın nə vaxt təşkilata daxil olması ilə bağlı danışıqlar gedir. Mən əminliklə deyə bilərəm ki, Gürcüstan NATO-ya daxil olmağa və qarşıya qoyulacaq bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. Yeri gəlmişkən deyim ki, Konqresdə çıxış edən ABŞ-ın İraqdakı hərbi qüvvələrinin rəhbəri Gürcüstan sülhməramlılarını bölgədə ən effektiv hərbi heyət adlandırıb. Yüksək rütbəli hərbi generaldan belə sözlər eşitmək bizdə qürur hissi doğurur.
- Keçən həftə Azərbaycan, Gürcüstan və Ermənistandan olan bir qrup jurnalist Samsxe-Cavaxetiya bölgəsinə səfər edib. Səfər çərçivəsində yerli əhali ilə görüş zamanı ermənilər muxtariyyət və erməni dilinə dövlət dili statusu verilməsi kimi tələblərlə çıxış ediblər. Belə tələblər Gürcüstanda yeni bir münaqişə ocağı yarada bilərmi?
- Bu region Gürcüstan üçün ona görə problem idi ki, burada baş verən hadisələr Rusiyada olan müəyyən qüvvələr tərəfindən qızışdırılırdı. Bildiyiniz kimi, həmin ərazidə Rusiyaya məxsus hərbi bazalar yerləşdirilmişdi və region iqtisadi cəhətdən Gürcüstandan ayrılmışdı, iqtisadiyyat pis vəziyyətdə idi. Hakimiyyət isə vətəndaşlarının qayğısına qala bilmirdi, çünki xarici qüvvələrin təsiri ilə region mərkəzi hakimiyyətə qarşı qaldırılırdı. Rusiya hərbi bazalarının ərazidən çıxarılması zamanı bölgədə stabilliyin pozulacağını və yerli əhalinin böyük hay-küy yaradacağını bildirirdilər. Lakin biz son üç ildə belə hadisələrin baş verməməsi üçün çox işlər gördük. Rusiyada bəzi həmkarlarımız münaqişə yaratmaq üçün əllərindən gələni etsələr də, bu plan baş tutmadı. Hazırda regionda vəziyyət stabildir.
- Gürcüstan dövləti yurdlarından sürgün edilmiş Axısxa türklərinin repatriasiyası ilə bağlı Avropa Birliyi qarşısında öhdəlik götürüb. Bu öhdəlik yeni münaqişə ocağının yaranmasına səbəb olmaz ki?
- Biz müstəqil dövlətik və bir suveren dövlət kimi böyük məsuliyyət dərk edərək Avropa Birliyi qarşısında bu öhdəliyi götürmüşük. Sovetlər dövründə zərər çəkmiş insanların vətənlərinə qayıtmaq istəyini həyata keçirmək üçün onlara şans veririk. Lakin onların geri qaytarılması indi onların dədə-baba torpaqlarında yaşayan insanlar üçün problem yarada bilməz. Biz və Avropa Birliyi bu qərarı verən zaman məqsədimiz başqa insanların hüquqlarını pozmaq və yeni münaqişə ocağı yaratmaq olmayıb. Biz sadəcə olaraq tarixi səhvi düzəltməyə çalışırıq. İnanıram ki, bu dönüş yeni münaqişə ocağı yaratmayacaq. /APA/
MDB
İrəvan meriyasında Paşinyanın partiyadaşları və müxalifət üzvləri arasında dava düşüb - VİDEO
Lavrov: Ukrayna ilə danışıqları istənilən vaxt bərpa etməyə hazırıq
Rusiya ordusu Ukraynanın 450-dən çox dronunu vurub
Lavrov Zelenskinin təhdidlərinə cavab verib: Rusiya Belarusu müdafiə etmək üçün hər şeyə hazırdır
Xəbər Lenti
Bakıda beş ayda motosiklet və moped qəzalarında 5 nəfər ölüb
İrəvan meriyasında Paşinyanın partiyadaşları və müxalifət üzvləri arasında dava düşüb - VİDEO
Litva hökuməti istefa verib
Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır
Rusiya Krivoy Roqu ballistik raketlərlə vurub: 3 nəfər ölüb, 19 yaralı var
Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul edilən əməkdaşların andiçmə mərasimi olub
İmişlidə ticarət obyektində yanğın söndürülüb- FOTO - VİDEO
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar
Lavrov: Ukrayna ilə danışıqları istənilən vaxt bərpa etməyə hazırıq
Ukrayna ordusu Kerçdə İES-i vurub, Krımın yarısı işıqsız qalıb
Kobaxidze: AŞPA özünü tamamilə dəyərsizləşdirib
İran Mərkəzi Bankı dondurulmuş aktivlərin həcmini 24 mlrd. dollar qiymətləndirir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Rusiya ordusu Ukraynanın 450-dən çox dronunu vurub
Lavrov Zelenskinin təhdidlərinə cavab verib: Rusiya Belarusu müdafiə etmək üçün hər şeyə hazırdır
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçiriləcək
Şahmar Mövsümov: Kənd təsərrüfatında əsas diqqət hər hektardan daha çox məhsul və daha çox gəlir əldə etməyə yönəlməlidir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qaxda regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
İH başçısı: Bu il Şəkidə tütün istehsalının 6 min tona çatdırılması proqnozlaşdırılır
Bəqayi: İranın müdafiə qabiliyyəti və raket gücü ABŞ-la müzakirə mövzusu olmayıb
Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfərindən paylaşım edib - VİDEO
Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb
İran XİN: ABŞ rəsmilərinin təhdidlərindən sonra birbaşa dialoqu dayandırdıq
Şəki-Zaqatalada iki yeni su anbarı 44 min ha torpağın su təminatını yaxşılaşdıracaq
İran zədələnmiş nüvə obyektlərinin AEBA tərəfindən yoxlanılmasının planlaşdırılmadığını bildirir
ADSEA: Ötən il 55 km-dən çox suvarma kanalı beton üzlüyə alınıb
Zaur Əliyev: 5 hektardan böyük əkin sahələrində lazer hamarlama vacibdir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə yola salınıb - FOTO
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
Nazir müavini: Şəki-Zaqatalanın aqrar potensialının reallaşması üçün suvarma sistemi həlledici rol oynayır
Şahmar Mövsümov: Dövlət Proqramı qarşıdakı beş ildə aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin edilib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşüb
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik ünvanlayıb
Daşınmaz əmlakla bağlı sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Toxumçuluq haqqında qanunvericiliyin tələbələrini pozanlar cərimələnəcək
Kibertəhlükəsizliyə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq
Kraudfandinqlə əlaqədar ödənişlər nağdsız aparılacaq
Kraudfandinq platforması ilə əlaqədar dövlət rüsumu müəyyənləşir
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir