Bank Of Baku

Yaap de Hoop Sxeffer: “Gürcüstan Rusiyaya münasibətdə düzgün siyasət aparır”

Yaap de Hoop Sxeffer: “Gürcüstan Rusiyaya münasibətdə düzgün siyasət aparır”
# 04 oktyabr 2007 12:48 (UTC +04:00)
“Gürcüstan hakimiyyəti Rusiyaya münasibətdə düzgün siyasət aparır”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri Gürcüstanda səfərdə olan NATO-nun baş katibi Yaap de Hoor Sxeffer Tiflis Dövlət Universitetinin tələbələri qarşısındakı çıxışında deyib. O, Gürcüstanın NATO-ya üzvlük planına (MAP) nə vaxt keçəcəyi haqda konkret tarix verə bilməyəcəyini bildirib: “Bu, siyasi müzakirələrin mövzusudur və qərarı bütün 26 üzv ölkə qəbul etməlidir. Gürcüstan islahatlar yolunda ciddi uğurlara nail olub. Bizim üçün məhkəmə sisteminin müstəqilliyi xüsusi əhəmiyyət daşıyır. Parlament və prezident seçkilərini də mütləq müşahidə edəcəyik. Ümid edirik ki, Gürcüstan NATO qarşısındakı bütün öhdəliklərini yerinə yetirəcək”.
Qeyd edək ki, NATO-nun baş katibi Yaap de Hoop Sxeffer oktyabrın 3-də Gürcüstana gəlib və prezident Mixail Saakaşvili, parlamentin sədri Nino Burcanadze, xarici işlər naziri Gela Bejuaşvili, müdafiə naziri David Kezeraşvili, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze, həmçinin alyans üzvü olan ölkələrin səfirləri ilə görüşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR