Bank Of Baku

İrakli Okruaşvili kerosin alqı-satqısından 2,7 milyon dollar qanunsuz qazanc əldə etməkdə ittiham olunur

İrakli Okruaşvili kerosin alqı-satqısından 2,7 milyon dollar qanunsuz qazanc əldə etməkdə ittiham olunur
# 04 oktyabr 2007 15:44 (UTC +04:00)
Gürcüstanın həbs olunmuş sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı yeni ittihamlar irəli sürülüb. APA-nın məlumatına görə, baş prokurorun müavini Nikolay Qvaramiya Gürcüstan Müdafiə Nazirliyinin 2006-cı ildə həyata keçirdiyi alqı-satqı əməliyyatı zamanı külli-miqdarda vəsaitin mənimsənildiyini bəyan edib. Onun sözlərinə görə, həmin dövrdə Türkmənistandan 4 min ton aviasiya kerosini alınması 2,9 milyon dollara sənədləşdirilsə də, qarşı tərəfə cəmi 205 min dollar pul ödənib. Hüquq-mühafizə orqanları sabiq müdafiə nazirinin bu əməliyyatdan 2,7 milyon dollar qanunsuz qazanc əldə etdiyini müəyyənləşdirib. Alqı-satqı əməliyyatında Türkiyə vətəndaşı, biznesmen Kibar Xalvaşinin vasitəçilik etdiyi bildirilir, Okruaşvilinin yaxın dostu olan bu şəxs haqqında artıq axtarış elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR