Bank Of Baku

Yaap de Xoop Sxeffer: “Gürcüstanın NATO-ya qəbuluna 26 üzv ölkədən heç biri veto qoymayacaq”

Yaap de Xoop Sxeffer: “Gürcüstanın NATO-ya qəbuluna 26 üzv ölkədən heç biri veto qoymayacaq”
# 04 oktyabr 2007 15:59 (UTC +04:00)
Gürcüstanın Kaxeti bölgəsində jurnalistlər üçün brifinq keçirən NATO-nun baş katibi Yaap de Xoop Sxeffer ölkədə mövcud münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Yaap de Xoop Sxeffer NATO-ya üzvlüyün siyasi proses olduğunu vurğulayıb: “Gürcüstana səfərimin məqsədi ölkədə situasiyanı dəyərləndirməkdir. Fikrimcə, ölkə islahatlar kontekstində xeyli iş görüb. Gürcüstanın alyansa üzv qəbul olmasına iştirakçı dövlətlər heç biri veto qoymayacaq. 26 üzv dövlət müvafiq qərar qəbul edəcək və bu proses artıq gedir. Baş katib kimi deyə bilərəm ki, 26 dövlət birlikdə müvafiq qərarı qəbul edəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR