Bank Of Baku

Gürcüstanda Antikorrupsiya Şurası yaradılacaq

Gürcüstanda Antikorrupsiya Şurası yaradılacaq
# 05 oktyabr 2007 08:10 (UTC +04:00)
Gürcüstanda yalnız prezident və parlament sədri qarşısında hesabat verəcək Antikorrupsiya Şurası yaradılacaq. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu dünən hökumətin fövqəladə iclasındakı çıxışında ölkə prezidenti Mixail Saakaşvili deyib. O bildirib ki, güc strukturları və Nəzarət Palatası şuranı zəruri informasiyalarla təmin edəcək, amma bu qurum heç bir struktura tabe olmayacaq. Antikorrupsiya Şurası vəzifəli şəxslərin, onların qohumları və yaxınlarının fəaliyyəti ilə bağlı yoxlamalar aparacaq. M. Saakaşvili baş verənlərdən ciddi dərs aldıqlarını vurğulayıb. Toplantıdan sonra jurnalistlərə açıqlama verən Təhlükəsizlik Şurasının katibi Kote Kemulariya Antikorrupsiya Şurasının son hadisələrlə əlaqədar yaradıldığını deyib. Elm və təhsil naziri Aleksandr Lomaya isə prokurorluğun Müdafiə Nazirliyi sistemində iri miqyaslı korrupsiya faktları aşkarladığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR