Bank Of Baku

Mixail Saakaşvili “Canavar”ı əldən buraxdığına görə daxili işlər nazirini danlayıb

Mixail Saakaşvili “Canavar”ı əldən buraxdığına görə daxili işlər nazirini danlayıb
# 05 oktyabr 2007 08:29 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili Müdafiə Nazirliyinin yüksək rütbəli məmurunun ölkədən qaçmasına görə daxili işlər naziri Vano Merabişviliyə ciddi irad tutub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, dünən hökumətin fövqəladə iclasında çıxış edən M. Saakaşvili Müdafiə Nazirliyinin satınalmalar xidmətinin keçmiş rəisi, İrakli Okruaşvilinin yaxın adamı olan “Canavar” ləqəbli Yason Çixladzenin Rusiyaya qaçdığını bildirərək V. Merabişvilidən bunun necə baş verdiyini soruşub: “Necə olub ki, “Canavar”ı əldən buraxmısınız və o, Rusiyaya qaçıb? Bu cür adam qaça biləcəksə və birbaşa “FSB”nin əlinə düşəcəksə, bəs kəşfiyyat nə üçündür? Artıq Rusiyada bizim ölkəmizdə nələrin baş verdiyini bilirlər”. V. Merabişvili isə “Canavar”ın sonuncu dəfə İrakli Okruaşvili və Aleko Suxitaşvili ilə birlikdə Türkiyədə olduğunu və Antalyadan saxta pasportla Moskvaya uçduğunu bildirib. A. Suxitaşvilinin hazırda harada olduğu bəlli deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR