Bank Of Baku

Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
# 26 noyabr 2024 16:06 (UTC +04:00)

Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Britaniya səfirinin Smolenskaya meydanına (Rusiya XİN-nin binası belə də adlanır-red) Moskvadakı səfirliyin əməkdaşı Uiliks Prayorun akkreditasiyasının ləğvi ilə əlaqədar çağırıldığı ehtimal olunur.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Böyük Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşı Prayerin Rusiya Federasiyasına daxil olarkən yalan məlumat verdiyinə görə akkreditasiyadan məhrum edildiyinə dair məlumat yayıb.

Bildirilib ki, Uliks Edavard Prayor adlı brinatiyalı diplomatın işində kəşfiyyat fəaliyyətinin əlamətlərini üzə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR