Bank Of Baku

Ermənistan Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 18 aprel 2026 12:40 (UTC +04:00)

Ermənistan və Rusiya hərbi-texniki sahədə əldə edilmiş razılaşmaların icrasını davam etdirmək barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərə bildirib.

“Rusiya ilə bizim hərbi-texniki əməkdaşlığımız var idi, bir mərhələdə bu əməkdaşlıq əhəmiyyətli dərəcədə azalmışdı və ya dayanmışdı”, — Paşinyan deyib.

Onun sözlərinə görə, Moskvaya son səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüş çərçivəsində “hərbi-texniki əməkdaşlıq sahəsində əvvəl əldə olunmuş razılaşmaların icra edilməsi” barədə razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR