Bank Of Baku

Kreml: Gerasimov Putinə Kiyevdəki hərbi obyektlərə kütləvi zərbənin nəticələrini məruzə edib

Rusiya Prezidenti Vladimir Putin, Valeri Gerasimov

© APA | Rusiya Prezidenti Vladimir Putin, Valeri Gerasimov

# 02 iyul 2026 13:03 (UTC +04:00)

Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov bu səhər telefonla Prezident Vladimir Putinə Ukraynaya kütləvi zərbənin nəticələri barədə məruzə edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Gerasimov Putinə gündəlik brifinqində Rusiya ordusunun Kiyevə və digər yaşayış məntəqələrinə kütləvi cavab zərbəsinin nəticələri barədə məlumat verib.

Putinin sözçüsü “yalnız hərbi və ya hərbiləşdirilmiş hədəflərə zərbələr endirildiyini” qeyd edib.

Kreml rəsmisi əlavə edib ki, Putin Baş Qərargah rəisi ilə demək olar hər gün təmasdadır, lakin adətən bu barədə ictimaiyyətə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR