Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Baltikyanı ölkələrin Rusiyaya demarş etməsinə münasibət bildirərkən deyib.
"Hərbçilərimiz, xüsusi xidmət orqanlarımız dronların haradan və necə uçduğunu görürlər. Bu, hamıya məlumdur və bizim heç kimə heç nə sübut etmək niyyətimiz yoxdur. Biz sərhəd bölgələrimizə və daha dərin ərazilərimizə təhdid mənbələrini yaxından izləyirik", - Rusiya Prezidentinin mətbuat katibi bildirib.
Qeyd edək ki, şənbə günü Latviya, Litva və Estoniya Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Rusiyaya qarşı zərbələr üçün Ukraynanı hava məkanı ilə təmin etdikləri iddialarını əsassız adlandırıb və diplomatik nümayəndəliyə birgə demarş təqdim ediblər.