Kreml Rusiyaya dost ölkələrin Ukrayna ilə bağlı sənədi dəstəkləməsinə münasibət bildirib

Kreml Rusiyaya dost ölkələrin Ukrayna ilə bağlı sənədi dəstəkləməsinə münasibət bildirib
# 17 iyun 2024 13:31 (UTC +04:00)

Rusiyaya dost olan bir sıra ölkələrin “sülh forumu”nun yekun sənədini dəstəkləməsi Rusiya Federasiyası ilə münasibətləri korlamayacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, korlamayacaq. Biz əlbəttə ki, bu ölkələrin tutduğu mövqeni nəzərə alacağıq. Bu bizim üçün vacibdir. Biz əsaslandırmamızı aydınlaşdırmaqda davam edəcəyik”, - deyə Kremlin sözçüsü Rusiyanın dostluq əlaqələri saxladığı ölkələr, məsələn, Macarıstan, Serbiya və Türkiyənin İsveçrədə keçirilən “sülh sammiti”nin yekun bəyannaməsini dəstəkləməsi ilə bağlı sualı cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR