Bank Of Baku

Kreml Kiyevin hücumlarının Putin, Tramp və Si Cinpin arasında görüşlə əlaqəli olduğunu istisna etmir

Kreml Kiyevin hücumlarının Putin, Tramp və Si Cinpin arasında görüşlə əlaqəli olduğunu istisna etmir
# 17 noyabr 2026 14:39 (UTC +04:00)

Rəsmi Moskva Ukraynanın Krım körpüsünə hücumlarının Putin, Si Cinpin və Tramp arasında gözlənilən üçtərəfli görüşlə əlaqəli olduğunu istisna etmir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kiyevin son hücumlarının Putin, Tramp və Si Cinpin arasında Şençjendə keçirilən görüşlə əlaqəli olduğunu istisna etmək olmaz.

Kremlin sözçüsü əlavə edib ki, bu, Rusiya, ABŞ və Çin liderləri arasında danışıqların gündəliyini dəyişməyəcək.

"Hərbi əməliyyatlar davam edir. Bizim hərbçilərimiz Kiyevin hərbi sənaye kompleksi ilə bu və ya digər əlaqəsi olan hədəflərə zərbələr endirir. Ukrayna da öz terror hücumlarını davam etdirir. Rusiya hərbi əməliyyatlarda hər hansı fasilənin əleyhinədir. Biz uzunmüddətli sülhün tərəfdarıyıq. Ona görə də hərbi əməliyyatlar davam etdirilir. Lidelərin görüşünün gündəliyinə gəldikdə isə, bu əvvəlki tək dəyişməz olaraq qalır. Biz buna ümid edirik", - Peskov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR