Bank Of Baku

Peskov: Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur

Peskov: Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur
# 09 oktyabr 2026 17:01 (UTC +04:00)

Türkmənistanda keçirilən MDB dövlət başçılarının sammitində Ukraynadakı müharibə mövzusu müzakirə olunmayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukraynadakı xüsusi əməliyyat mövzusu MDB sammitinin iştirakçıları tərəfindən qaldırılmayıb.

Kremlin sözçüsü ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin oktyabrın sonunda Moskvaya mümkün səfəri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

O qeyd edib ki, Moskva bu səfərin baş tutub-tutmayacağını bilmir: "Putin Uitkoff və Kuşneri görməkdən həmişə məmnundur. Əgər ABŞ-dakı Ukrayna nümayəndələri ilə əlaqələrinin nəticələrini bölüşmək qərarına gəlsələr, onları Moskvada görməyə şad olacaqlar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR