Qaluzin: Qərbin Cənubi Qafqaza dair mövqeyi region ölkələrinin maraqlarına uyğun olmayıb

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin

© APA | Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin

# 20 iyun 2024 09:35 (UTC +04:00)

"Qərbin Cənubi Qafqaza dair mövqeyi heç də hər zaman region ölkələrinin maraqlarına uyğun olmayıb".

APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə deyib.

O vurğulayıb ki, hazırda Qərb dövlətləri Cənubi Qafqaza vəziyyəti gərginləşdirən anti-Rusiya gündəmi ilə daxil olmağa hazırlaşır:

"Hesab edirik ki, regional təhlükəsizlik bu bölgədə yerləşən dövlətlərin səyləri ilə effektiv formada təmin oluna bilər. Biz region ölkələrinin həm iqtisadi inteqrasiya baxımından istərsə də təhlükəsizlik məsələlərinə daha məsuliyyətli yanaşmasının tərəfdarıyıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR