Bank Of Baku

Qazaxıstanın XİN müavini Azərbaycanın səfiri ilə görüşüb

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov - Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev

© APA | Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov - Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev

# 27 fevral 2025 17:21 (UTC +04:00)

Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə informasiya Qazaxıstan Hökumətinin saytında yerləşdirilib.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi dialoqun əhəmiyyətli inkişafı, habelə, istər hökumət strukturları, istərsə də qanunverici orqnalar və iş dünyası arasındakı münasibətlərdə və humanitar əlaqələrin səviyyəsində irəliləyiş olduğunu bəyan ediblər.

Söhbət əsnasında yüksək səviyyədə imzalanan razılaşmaların icrası və qarşıdan gələn rəsmi tədbirlərin keçirilməsinə hazırlığın səviyyəsi də diqqət mərkəzində olub.

Tərəflər eyni zamanda iki ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında gerçəkləşməsi nəzərdə tutulan təşəbbüslərin uğurla icrası məqsədilə koordinativ fəaliyyətin və strateji tərəfdaşlığın önəmi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR