Bank Of Baku

Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub

Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
# 06 noyabr 2026 13:35 (UTC +04:00)

Rusiya ordusu son bir həftə ərzində Ukraynadakı hədəflərə kütləvi zərbə və 11 qrup hücumu həyata keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərbələr Ukrayna müdafiə sənayesi müəssisələrini, logistika mərkəzlərini, enerji və nəqliyyat infrastrukturu obyektlərini, qanadlı raketlərinin istehsal müəssisələrini və saxlama yerlərini hədəf alıb.

Qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə qüvvələri son bir həftə ərzində Ukraynanın dörd "Flaminqo" qanadlı raketini və 5315 dronunu vurub.

Bundan başqa, son bir həftə ərzində Rusiya ordusunun Ukraynaya silah və hərbi texnika daşıyan 14 quru yük gəmisinə zərbə endirdiyi də bildirilib.

Rusiya MN Ukrayna ordusunun bu müddət ərzində xüsusi hərbi əməliyyat zonasında 7500-dən çox hərbçi itirdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR