Rusiyalı məşhur jurnalist Kseniya Sobçakın Rusiyada yeni biznes açmaq hüququ üç illiyinə məhdudlaşdırılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Vergi Xidmətinin materiallarında bildirilib.
Bunun səbəbi onun "Şi" MMC ilə əlaqəsidir. Vergi orqanları "Şi" MMC-nin Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə yalan məlumat təqdim etdiyini göstərir.
Qeyd olunub ki, Sobçak daha dörd təşkilatın təsisçisidir. Onlardan ikisi restoran və yemək çatdırılma xidmətləri, digərləri isə reklam agentlikləri kimi fəaliyyət göstərir.