Rusiyada yük maşını qvardiyanın konvoyuna çırpılıb, ölən və yaralananlar var

Rusiyada yük maşını qvardiyanın konvoyuna çırpılıb, ölən və yaralananlar var
# 05 dekabr 2023 06:21 (UTC +04:00)

Rusiya Federasiyasının Voronej vilayətində yük maşını Rusiya Milli Qvardiyasının karvanına çırpılıb, nəticədə bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Hadisə dekabrın 2-də M-4 Don avtomobil yolunun 596-cı km-də baş verib.

“Milli Qvardiyanın maşınlarından daha 7 nəfər yaralanıb. Lakin xəsarətlər yüngül olduğundan xəstəxanaya yerləşdirmə tələb olunmayıb”, - mənbə bildirib.

Hüquq-mühafizə orqanları baş verənləri araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR