APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu brifinqdə Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynis bəyan edib.
O qeyd edib ki, Ukrayna təhlükəsizlik orqanları tərəfindən hər gün rusiyalı cəsusların və diversiya qrupları üzvlərinin saxlanılması buna sübutdur.
Perebeynis həmçinin bildirib ki, Rusiya vətəndaşlarının Donetsk, Luqansk və Xarkov vilayətlərində dövlət obyektlərinin ələ keçirilməsi planlarının reallaşmasında bilavasitə iştirak etmələrinə dair sübut və dəlillər var.