Bank Of Baku

BMT-də Ukraynada qəzaya uğrayan Boeing təyyarəsi ilə bağlı səsvermə keçiriləcək

BMT-də Ukraynada qəzaya uğrayan Boeing təyyarəsi ilə bağlı səsvermə keçiriləcək
# 17 iyul 2015 04:14 (UTC +04:00)

Bakı-APA. İyulun 21-də BMT Təhlükəsizlik Şurasında Donbasda sərnişin təyyarəsinin qəzası ilə bağlı beynəlxalq tribunalın yaradılması məsələsinə baxılacaq.

 

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə BMT-dəki mənbə məlumat verib.

 

“Qətnamə layihəsi üzərində iş artıq yekunlaşıb. Səsvermənin iyulun 21-də keçiriləcəyi planlaşdırılır”, deyə mənbə bildirib.

 

Qeyd edək ki, bir qədər əvvəl Malayziyanın BMT-dəki nümayəndəliyi qəza ilə əlaqədar müstəqil təhqiqat aparmaq üçün beynəlxalq tribunalın yaradılmasını təklif etmişdi.

 

Xatırladaq ki, 2014-сü ilin iyulunda Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan “Malaysia Airlines” şirkətinə məxsus “Boeing” sərnişin təyyarəsi Donetsk vilayətində qəzaya uğramışdı. Nəticədə təyyarənin göyərtəsində olan 283 sərnişin və 15 ekipaj üzvü həlak olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR