Bank Of Baku

BVF Rusiya iqtisadiyyatında artım proqnozunu azaldıb

BVF Rusiya iqtisadiyyatında artım proqnozunu azaldıb
# 09 oktyabr 2013 01:22 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Valyuta Fondu (BVF) Rusiyada ÜDM-nin artım proqnozunu 2,5 faizdən 1,5 faizədək azaldıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, 2014-cü il üçün analoji göstərici 3,3 faizdən 3 faizədək azaldılıb.

 

BVF ekspertləri hesab edir ki, Rusiyada zəif iqtisadi konyuktura, kapitalın çıxarılmasının güclənməsi, fond bazarının zəifləməsi və investisiya qoyuluşunun azalması iqtisadi artımın qabağını alacaq amillər olacaq.   

 

BVF həmçinin qlobal iqtisadi artımla bağlı da proqnozlarına dəyişikliklər edib. Belə ki, cari ildə artım proqnozu 3,2 faizdən 2,9 faizə endirilib. BVF hesablamalarına görə, 2014-cü ildə isə dünya iqtisadiyyatı 3,6 faizədək yüksələcək.  

 

Proqnozların yenidən baxılmasına inkişaf edən iqtisadiyyatların zəifləməsi səbəb olduğu bildirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR