Bank Of Baku

Dağıstanda xüsusi əməliyyat zamanı 2 silahlı öldürülüb

Dağıstanda xüsusi əməliyyat zamanı 2 silahlı öldürülüb
# 24 sentyabr 2013 23:55 (UTC +04:00)

Bakı-APA. Dağıstanın Ərpəli kəndi yaxınlığında iki silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə götürülən ərazini tərk etməyə çalışarkən öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Antiterror Komitəsinin (MAK) açıqlamasında bildirilir.  

 

MAK-ın məlumatına əsasən, insident meşədə antiterror əməliyyat zamanı baş verib. Bir qrup silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə götürülən ərazini tərk etməyə çalışıb. Polislə qarşılaşan silahlılar atəş açıb və döyüş nəticəsində onlardan 2-si  öldürülüb.    

 

“Öldürülən silahlıların Buynaksk qruplaşmasının üzvü olduğu ehtimal olunur”, deyə MAK-ın açıqlamasında deyilir.

 

Hadisə yerində silah və sursat aşkarlanıb. Qrupun qalan üzvlərinin axtarışları davam etdirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR