Bank Of Baku

Ermənistandakı Rusiya hərbi bazası hərbi təlimlər keçirir

Ermənistandakı Rusiya hərbi bazası hərbi təlimlər keçirir
# 13 oktyabr 2015 14:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının komandiri, general-mayor Vladimir Ustinovun rəhbərliyi ilə ikitərəfli batalyon-taktiki hərbi təlimləri başlayıb.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, təlimlər bir həftə boyunca bir neçə mərhələdə Kəmxud və Alagöz yüksək dağ poliqonlarında keçiriləcək. Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildiriblər ki, bu təlimlərin xarakterik xüsusiyyəti tank və motoatıcı bölmələrin eyni anda xüsusi taktiki tapşırıqları yerinə yetirməsindən ibarətdir. 

 

Təlimlərdə Rusiyanın İrəvanda yerləşən Erebuni hərbi bazasındakı müasir 4-cü nəsil "MiQ-29" qırıcıları da  iştirak edir.

 

Təlimlər 2015-ci ilin yayı ərzində keçirilən təlimlərin yekun yoxlanışı çərçivəsində təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR