Bakı-APA. Kabardin-Balkarda iki silahlı məhv edilib.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Kabardin-Balkarın Baksanskiy rayonunda iki döyüşçünü saxlamağa cəhd edərkən silahlılar müqavimət göstəriblər. Cavab atəşi ilə döyüşçülər öldürülüb.
Mülki şəxslərin və polis əməkdaşları arasında itki yoxdur.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.