Bakı-APA. Luqanskda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) binasını ələ keçirmiş şəxslərlə aparılmış danışıqlardan sonra 50-dən çox insan binanı silahsız tərk edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə UTX-nın saytında bildirilir.
“Aprelin 9-u, saat 01.00-a olan məlumata görə, danışıqların nəticəsi olaraq, Ukrayna Təhlükəsizlik Xidmətinin Luqansk idarəsinin zəbt olunmuş binasını 51 nəfər şəxs silahsız tərk edib”, deyə məlumatda bildirilir.
Qurumun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl yayılmış xəbərdə bildirilirdi ki, radikal təşkilat üzvləri Ukrayna Təhlükəsizlik Xidmətinin Luqansk idarəsinin inzibati binasında partladıcı qurğu quraşdıraraq 60 nəfəri girov götürüb.