Bakı-APA. Bir neçə saat öncə naməlum şəxsin hücumuna məruz qalmış Dağıstan Ali Məhkəməsinin sədri Muxtar Şapiyev xəstəxanada ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə baş vermiş ərazidə əməliyyat-istintaq qrupu işləyir.
Qeyd edək ki, hadisə Mahaçqalada baş verib. M.Şapiyevin olduğu avtomobil atəşə məruz qalıb. Avtomobildə M.Şapiyevin oğlu da olub. O da aldığı yaralardan xəstəxanada keçinib.